AZ

Ekspert: Mərkəzi Asiya tədricən böyük dövlətlərin maraqlarının kəsişdiyi məkana çevrilir

Böyük dövlətlər Mərkəzi Asiyaya getdikcə daha çox maraq nümayiş etdirir ki, bu da həm yeni imkanlar yaradır, həm də regional mövqelərin əlaqələndirilməsi ehtiyacını formalaşdırır.

"Far.Az" xəbər verir ki, bunu Qırğızıstanın Milli Strateji Təşəbbüslər İnstitutunun analitika və əlaqələndirmə işləri şöbəsinin baş eksperti Temirlan Razbayev Bakıda keçirilən "C6: Vahid region, ortaq gələcək – Strateji dialoqun gücləndirilməsi" adlı beynəlxalq konfrans çərçivəsindəki paneldə deyib.

"Ötən həftə Bişkekdə "C5+" biznes-forumu keçirilib, onun çərçivəsində Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ Prezidentinin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi elçisi Sercio Qorla görüş keçirib. Müzakirələrin mərkəzində siyasi və iqtisadi əməkdaşlıq, həmçinin nəqliyyat sahəsində tərəfdaşlıq məsələləri olub", - T.Razbayev qeyd edib.

Ekspert vurğulayıb ki, Mərkəzi Asiya tədricən böyük dövlətlərin maraqlarının kəsişdiyi məkana çevrilir: "Bu, yalnız yeni imkanlar deyil, həm də regional mövqelərin əlaqələndirilməsi üçün obyektiv zərurət yaradır".

Seçilən
109
far.az

1Mənbələr