AZ

Türkiyədə işsizlərin sayı 58 min nəfər azalaraq 2 milyon 913 min nəfərə düşüb

Türkiyənin Statistika Xidməti (TÜİK) 2025-ci ilin IV rübü (Oktyabr-Dekabr) üzrə məşğulluq və işsizlik məlumatlarını açıqlayıb.

Marja xəbər verir ki, ölkədə yaşı 15 və daha yuxarı olan işsizlərin sayı 2025-ci ilin IV rübündə əvvəlki rübə nisbətən 58 min nəfər azalaraq 2 milyon 913 min nəfərə düşüb. İşsizlik səviyyəsi 0,2 faiz bəndi azalaraq 8,2% olub.

İşsizlik səviyyəsi kişilər arasında 6,7%, qadınlar arasında isə 11,1% təşkil edib.

Eyni dövrdə məşğul olanların sayı rüblük müqayisədə 136 min nəfər artaraq 32 milyon 686 min nəfərə çatıb. Məşğulluq səviyyəsi 0,1 faiz bəndi artaraq 49,1% olub. Bu göstərici kişilər arasında 66,7%, qadınlar arasında isə 31,9% səviyyəsində qeydə alınıb.

İşçi qüvvəsi həmin dövrdə 78 min nəfər artaraq 35 milyon 599 min nəfərə çatıb. 

15-24 yaş qrupunda işsizlik səviyyəsi əvvəlki rübə nisbətən 0,3 faiz bəndi azalaraq 14,9% olub. Bu yaş qrupunda işsizlik səviyyəsi kişilər arasında 11,8%, qadınlar arasında isə 20,7% olub. 

Seçilən
15
2
marja.az

3Mənbələr