AZ

Mərkəzi Asiya öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub - Azamat Sulimanov

Bakı. Trend:

Mərkəzi Asiyaya nəzər salanda aydın olur ki, region bu güninkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub.

Trend xəbər verirki, bunu Özbəkistan Respublikası Prezidenti yanında Strateji vəRegionlararası Araşdırmalar İnstitutunun şöbə müdiri AzamatSulimanov Bakıda keçirilən C6: Vahid region, ortaq gələcək-Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalqkonfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qısa müddət ərzində Mərkəzi Asiya dialoqmərhələsindən real tərəfdaşlığa keçib:

“Ərazi məsələləri tənzimlənib, sərhədlər açılıb, enerji,nəqliyyat və ticarət sahələrində əməkdaşlıq qurulub. Bu prosesdəMərkəzi Asiya dövlət başçılarının məşvərət tipli görüşləri mühümrol oynayıb və regional əməkdaşlıq arxitekturasının vacib dayağınaçevrilib”.

A.Sulimanov vurğulayıb ki, bu görüşlər ölkə liderləri arasındabirbaşa və sistemli dialoq aləti kimi öz effektivliyini sübutedib.

“Hesab edirəm ki, Azərbaycanın bu formata qoşulması regionalməkanın keyfiyyətcə yenidən düşünülməsindən danışmağa imkan verir.Bu məkanda Xəzər artıq sərhəd deyil, birləşdirici elementəçevrilir. Bu isə öz növbəsində nəqliyyat dəhlizlərinin, enerjimarşrutlarının və iqtisadi maraqların uzlaşdırılmasınışərtləndirir”, – deyə o qeyd edib.

Ekspert əlavə edib ki, bu, həmçinin Mərkəzi Asiya ilə CənubiQafqaz arasında regionlararası qarşılıqlı əlaqəliliyin güclənməsinəvə regionun beynəlxalq subyektliyinin möhkəmlənməsinə xidmətedir.

Seçilən
64
az.trend.az

1Mənbələr