AZ

Xameneidən Trampa görünməmiş cavab: elə bir şey paylaşdı ki... FOTO

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

İranda ABŞ-la bağlı atılan addım diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, İslam Respublikasının ali rəhbəri Əli Xameneinin çıxışından sonra rəsmi “Khamenei.ir” saytında Vaşinqtonun “USS Gerald R.Ford” təyyarədaşıyan gəmisinə işarə edən və süni intellektlə hazırlanmış təsvir paylaşılıb.

Görüntüdə gəmi məzara endirilən tabut kimi təsvir olunub.

Saytda qeyd edilib ki, vizual material ABŞ Prezidenti Donald Trampın təhdidlərinə cavab xarakteri daşıyır.

Təsvirin kənarında Xameneinin dünənki çıxışında ABŞ təyyarədaşıyan gəmilərinin İran sərhədlərinə yaxın yerləşdirilməsinə toxunaraq dediyi sözlərə istinad edilərək yazılıb:

“Təyyarədaşıyan gəmi, şübhəsiz ki, təhlükəli bir texnikadır. Ancaq daha təhlükəlisi həmin gəmini dənizin dibinə göndərə bilən silahdır”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
globalinfo.az

1Mənbələr