AZ

AMEA prezidenti: Müasir dünyada rəqəmsal arxitekturanı qurmadan hər hansı inkişafa nail olmaq qeyri-mümkündür

Bakı, 18 fevral, AZƏRTAC

Müasir dünyada rəqəmsal arxitekturanı qurmadan hər hansı inkişafa nail olmaq qeyri-mümkündür. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə ardıcıl olaraq “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” və digər mühüm dövlət sənədləri qəbul olunub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyətinin İclasında söyləyib.

Milli Elmlər Akademiyasında da rəqəmsallaşma istiqamətində bir sıra əhəmiyyətli işlərin həyata keçirildiyini deyən akademik İsa Həbibbəyli AMEA rəhbəri seçilməsindən cəmi 3 ay sonra, 2023-cü ilin yanvar ayında Akademiyanın Rəyasət Heyətinin aparatında dövlətimizin və müasir dünyanın çağırışlarına uyğun olaraq, Elektron Akademiya şöbəsinin yaradıldığını diqqətə çatdırıb. Həmçinin həmin dövrdə AMEA-nın elmi müəssisə və təşkilatlarında da Elektron xidmətlər şöbələrinin yaradıldığını, ilkin olaraq kadr bazalarının formalaşdırıldığını söyləyib. Ötən müddət ərzində Akademiyada rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişlənməsi istiqamətində bir çox uğurlar əldə olunduğunu xatırladan akademik İsa Həbibbəyli 2025-ci ilin sentyabr ayında Elektron Akademiya şöbəsinin adının Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər” olaraq dəyişdirildiyini vurğulayıb.

Seçilən
96
2
azertag.az

5Mənbələr