AZ

İran ABŞ-yə uranı zənginləşdirməkdən imtina etməyə hazır olduğunu bildirib - KİV

Fevralın 6-da Omanda ABŞ ilə danışıqların birinci mərhələsi zamanı İran rəsmiləri yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini üçüncü tərəfə, ehtimal ki, Rusiyaya ötürməyə hazır olduqlarını açıqlayıblar.

Missiya.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” İran, Ərəb və Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, yüksək dərəcədə zənginləşdirilmiş material 12 nüvə bombası üçün kifayətdir.

Diplomatlar İranın ABŞ-yə uranın zənginləşdirilməsini üç illik dondurma təklif etməyə hazır olduğunu bəyan ediblər. Lakin ABŞ İranın uranın zənginləşdirilməsini tamamilə dayandırmasında israr edir.

Qeyd edək ki, İran və ABŞ fevralın 17-də Cenevrədə danışıqların ikinci mərhələsini keçiriblər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
53
missiya.az

1Mənbələr