AZ

Çempionlar Liqasında bu gün 4 qarşılaşma baş tutacaq

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk matçlara yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, ikinci oyun gündə daha dörd qarşılaşma baş tutacaq.

Günün ilk matçında “Qarabağ” Bakıda İngiltərənin “Nyukasl” klubunu qəbul edəcək.

Digər matçlarda İspaniya “Atletiko”su Belçikada "Brügge"nin, İtaliya “İnter”i Norveçdə "Budyo Qlimt"in, Almaniya “Bayer”i isə Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

18 fevral

21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)

00:00. "Brügge" (Belçika) - "Atletiko" (İspaniya)

00:00. "Olimpiakos" (Yunanıstan) - "Bayer" (Almaniya)

00:00. "Budyo Qlimt" (Norveç) - "İnter" (İtaliya).

Qeyd edək ki, bu mərhələnin cavab oyunları fevralın 24-25-də təşkil olunacaq.

Bizim.Media

Seçilən
52
3
bizim.media

4Mənbələr