AZ

Ədliyyə Nazirliyi 27 mindən çox sorğuya baxıb

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci il ərzində Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq hüquqi əməkdaşlıq istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilib, xarici dövlətlərin aidiyyəti qurumları ilə qarşılıqlı hüquqi yardımın göstərilməsi və beynəlxalq hüquqi münasibətlərin inkişafı sahəsində mühüm nəticələr əldə olunub. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, hesabat dövründə cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi məsələləri ilə bağlı 4 700-dən artıq, mülki və ailə işləri üzrə hüquqi yardımın göstərilməsi, xarici dövlətlərin məhkəmə qərarlarının tanınması və icra olunması ilə bağlı isə 27 mindən çox sorğuya baxılıb. 

Ümumilikdə ötən il ərzində qeyd edilən istiqamətlər üzrə nazirliyə daxil olmuş 32 minədək sorğuya baxılıb və aidiyyəti tədbirlər həyata keçirilib. Bundan başqa, il ərzində müxtəlif istiqamətlər üzrə hazırlanmış 565 beynəlxalq müqavilə layihəsinə hüquqi rəy verilib. 

Beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən tədbirlər çərçivəsində Çinin, Özbəkistanın, Vyetnamın, Pakistanın, Səudiyyə Ərəbistanının, Qazaxıstanın və Oman Sultanlığının ədliyyə nazirlikləri, eləcə də digər tərəfdaş qurumlarla əməkdaşlığa dair ümumilikdə 14 beynəlxalq sənəd imzalanıb. 

Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq hüquqi əməkdaşlığın inkişaf etdirilməsi, hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsi və ölkəmizin beynəlxalq hüquq məkanında fəal iştirakının təmin olunması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir. 

Gülər 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
69
1
cebheinfo.az

2Mənbələr