Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər sosial müdafiə sistemi üzrə aparılan ardıcıl islahatlar mühüm nəticələr verib.
QHT.az xəbər verir ki, bu sözləri “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva bildirib. Onun sözlərinə görə, vətəndaş məmnuniyyətinin artırılması, iqtisadi inkişafla əhalinin sosial rifahının əlaqələndirilməsi Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərindəndir:
"Ünvanlı dövlət sosial yardımı (ÜDSY) aztəminatlı ailələrə göstərilən dövlət qayğısının mühüm mexanizmlərindən biridir. 2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Ünvanlı Yardım” elektron sisteminin yenidən qurulması ilə müraciət proseduru daha da təkmilləşdirilib".
Pərvanə Fərhadqızı