Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna hakimiyyətini uşaqlara qarşı “nöqtəvi terror aktları” törətməkdə ittiham edib.
Redaktor.az xəbər verir ki, bu barədə o, TASS-a açıqlamasında bildirib.
Zaxarovanın sözlərinə görə, söhbət xüsusilə “Lepestok” tipli minaların atılmasından gedir. O iddia edib ki, bu minalar uşaqların zərər görə biləcəyi ərazilərə atılır.
Rusiya XİN sözçüsü həmçinin bildirib ki, zərbələr uşaq bağçaları, məktəblər, xəstəxanalar və uşaqların oynadığı meydançalara yönəldilir.
Aytəkin TOFİQQIZI