AZ

BŞTİ-nin əməkdaşları üçün əməyin mühafizəsinə dair maarifləndirmə təlimi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları üçün maarifləndirmə təlimi təşkil olunub.

AzEdu.az xəbər verir ki, təlim çərçivəsində əməyin mühafizəsi üzrə təhlükəsizlik qaydalarına riayət olunmasının əhəmiyyəti, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilib.

Bununla yanaşı, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılması, təhlükəsiz əmək mühitinin yaradılması və hüquqi maarifləndirmənin gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin yeni qəbul edilmiş standartlar və “Vision Zero” (Sıfır Gözlənti) yanaşmasına əsaslanan təhlükəsiz əmək mədəniyyətinin təşviqi barədə danışılıb.

Təlim interaktiv formatda davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda iştirakçıların keçirilən mövzular üzrə bilikləri yoxlanılıb. Qiymətləndirmənin nəticələrinə əsasən iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək.

Seçilən
42
1
azedu.az

2Mənbələr