AZ

“Telegram” da öz mesajlarınızı kopyalamağı qadağan etmək mümkün olacaq

Oxumeni.az saytına istinadən ain.az xəbər verir.

“Telegram”-da öz mesajlarınızı kopyalamağı qadağan etmək mümkün olacaq

Telegram-da yeni funksiya peyda olacaq – şəxsi söhbətlərdə mesajların kopyalanmasına qadağa.

Oxuməni.az-ın “Hi-Tech Mail”-ə istinadən verdiyi məlumata görə, bu barədə Telegram-ın Beta Info kanalı məlumat yayıb.

Hazırda mesajların kopyalanmasını yalnız kanallar qadağan edə bilər. Tezliklə bu funksiya şəxsi yazışmalarda da görünəcək. İstifadəçilər nəinki öz əlaqə şəxslərinin mesajları kopyalamasını qadağan edə biləcəklər, həm də şəxsi söhbətlərdən materialları saxlamaq/ötürmək (hətta "Seçilmişlər"ə də) mümkün olmayacaq.

Kopyalamadan qorunmanı aktivləşdirmək üçün əlaqə şəxsinin profiliə keçmək, "Əlaqəni dəyişdir" - "Kopyalamanı qadağan et" menyu bəndini seçmək lazımdır. Hazırda bu funksiya iOS üçün Telegram-ın beta versiyasında 12.5 (32413) nömrəsi altında mövcuddur. Lakin orada belə, hələlik sabit işləmir.

Həmin beta versiyada başqa bir faydalı seçim də tapılıb – mesajlardakı tarixlərin avtomatik tanınması və xatırlatmaların yaradılması. Mesajlaşma proqramı "bu gün", "sabah" və ya "1 aprel" kimi ifadələri vurğulayacaq. Vurğulanmış tarixə toxunduqda, mesajı xatırlatmaya çevirmək olar. Qrupda xatırlatma yaradılarsa, bildiriş istifadəçinin "Seçilmişlər"inə gəlir – beləliklə Telegram, qrupdan bildirişlər söndürüldükdə və ya siz artıq orada olmadıqda belə xatırlatmaların çatdırılmasını təmin edir. Şəxsi söhbətdə xatırlatma yaradılarsa, o orada qalacaq və "Seçilmişlər"ə getməyəcək.

Hələlik hər iki funksiya bütün istifadəçilər üçün əlçatan deyil. Yəqin ki, onlar Telegram-ın adətən ayda bir dəfə buraxdığı növbəti böyük yeniləmədə görünəcək.

Almaz Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
oxumeni.az

2Mənbələr