AZ

Mbappe: Benfika futbolçusu Vinisiusu beş dəfə meymun adlandırdı

ain.az, Oxumeni.az portalına istinadən məlumat yayır.

Mbappe: «Benfika futbolçusu Vinisiusu beş dəfə meymun adlandırdı»

Madridin “Real” klubunun hücumçusu Kilian Mbappe Çempionlar Liqasının “Benfika” ilə pley-off matçının dayandırılmasına səbəb olan qalmaqalın təfərrüatlarını açıqlayıb.

Oxuməni.az xəbər verir ki, çərşənbə axşamı “Real” Lissabonda “Benfika”nı 1:0 hesabı ilə məğlub edib. Qələbə qolunu Vinisius vurub. Bundan sonra matç 9 dəqiqə dayandırılıb, çünki qolun müəllifi baş hakim Fransua Leteksiyə irqçi təhqirlərdən şikayət edib. Fasilədən sonra oyun bərpa olunub.

— Vinini qoldan sonra və qələbəni qeyd edərkən “Benfika”nın 25 nömrəli futbolçusu — adını çəkməyəcəm, çünki buna layiq deyil — yolverilməz sözlər işlətməyə başladı. O, Vinini beş dəfə meymun adlandırdı! Beş dəfə! Bilirəm ki, o hələ gəncdir, amma bu məsələ diqqətsiz qalmamalıdır. Bu oğlan Çempionlar Liqasında yenidən oynamağa layiq deyil. Bu gün futbol dəyərləri itirilib, — Mbappenin sözlərini “Madrid Universal” sitat gətirir.

“Benfika”da 25 nömrəli forma 20 yaşlı Canluka Prestianniyə məxsusdur. “Marca”-nın məlumatına görə, Mbappe matç ərzində bir neçə dəfə Prestianniyə irqçi adını deyərək qışqırıb.

Cavab oyunu 25 fevralda Madriddə keçiriləcək.

Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
oxumeni.az

2Mənbələr