Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ bərpa olunan enerjiyə sadiq qalacağı təqdirdə Beynəlxalq Enerji Agentliyindən (BEA) çıxacaq.
Reyting.az xəbər verir ki, bunu ABŞ-nın Energetika naziri Kris Rayt Fransa Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda bildirib.
"Politico" enerji nazirinin sözlərini sitat gətirərək yazıb: "Əgər məlumat verən agentliklərin əhəmiyyətli hissəsi özlərini bu cür solçu fantaziyalara həsr etsələr, bu, yalnız onların missiyasını təhrif edə bilər".
Rayt qeyd edib ki, ABŞ-a xalis sıfır ssenarisi lazım deyil; bu, gülüncdür və heç vaxt baş verməyəcək.
Onu da xatırladaq ki, ABŞ bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının sıralarını tərk edib.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.