AZ

Vüsalə keçmiş ərindən danışdı

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tanınmış teleaparıcı Vüsalə Əlizadə şəxsi həyatı ilə bağlı verdiyi açıqlama ilə gündəmə gəlib. O, qızının atası olan həmkarı Azər Zahid barədə danışarkən maraqlı məqamlara toxunub. Aparıcı bildirib ki, keçmiş həyat yoldaşı artıq səkkiz ildir övladı ilə maraqlanmır və onunla heç bir əlaqə saxlamır.Demokrat.az milli.az-a istinadla xəbər verir ki, hazırda 14 yaşına çatmaq üzrə olan qızının baş verənləri daha dərindən dərk etdiyini deyən Vüsalə bu vəziyyətin yeniyetməyə göstərdiyi psixoloji təsirlərdən söz açıb. O, qızını sosial mediada rast gələ biləcəyi arzuolunmaz görüntülərdən qorumaq üçün bəzi hesabları blokladığını da qeyd edib.Vüsalə Əlizadə ata ilə qızın görüşməsinə heç vaxt mane olmadığını xüsusi vurğulayıb. "Səkkiz il ərzində nə zəng, nə də bir mesaj olub. Bu barədə indiyə qədər danışmamışdım. Qızıma atasına qarşı hər hansı mənfi fikir aşılamağa çalışmıram" deyən aparıcı indiyədək susmağı üstün tutduğunu bildirib. Səslənən bu fikirlər sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirəyə və fərqli reaksiyalara yol açıb.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
demokrat.az

1Mənbələr