AZ

Azərbaycan Kuboku: 1/4 final mərhələsi start götürür

Bu gün basketbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsi start götürəcək.

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək mərhələnin ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Hər iki görüş Bakı İdman Sarayında baş tutacaq. Əvvəlcə saat 16:00-da "Ordu" "Sumqayıt"la, 19:00-da isə "Sabah" "Quba" ilə üz-üzə gələcək. 

1/4-də qarşılaşacaq "Gəncə" ilə "Neftçi"nin və "Abşeron Lions"la "Şəki"nin duelləri fevralın 19-da baş tutacaq.

Xatırladaq ki, "Ordu" - "Sumqayıt" cütünün qalibi "Sabah" - "Quba" duelinin güclüsü ilə qarşılaşacaq. "Gəncə" - "Neftçi" duelində sevinən tərəfin növbəti mərhələdəki rəqibi isə "Abşeron Lions" - "Şəki" cütünün qalibi olacaq.

Seçilən
18
4
fanat.az

6Mənbələr