AZ

Vens: İran qırmızı xəttimizi qəbul etməyə hazır deyil

BAKI, 18 fevral. TELEQRAF

“İran hələ də Prezident Donald Tramp tərəfindən müəyyən edilmiş qırmızı xətlərini qəbul etməyə hazır deyil”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

“Bəzi məqamlarda proses yaxşı gedir, tərəflər gələcəkdə yenidən görüşməyə razılaşdılar. Amma digər yandan prezident bəzi qırmızı xətlər müəyyən edib, iranlılar hələ də onları qəbul və müzakirə etməyə hazır deyillər”, - o bildirib.

Ceyms Devid Vens əlavə edib ki, İranın nüvə silahına sahib olmasının qarşısının alınması ABŞ-nin qırmızı xəttidir.

Seçilən
26
teleqraf.com

1Mənbələr