AZ

Türkiyədə mütəşəkkil cinayətkar dəstələrə qarşı əməliyyat –Çox sayda həbs olunan var

Türkiyədə Ankara Qərb Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində mütəşəkkil cinayətkar dəstələrə qarşı 5 vilayətdə əməliyyat keçirilib.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

İstintaq çərçivəsində Ankarada mütəşəkkil cinayətkar dəstə yaradaraq 2021-2026-cı illər ərzində yaşayış evlərində, iş yerlərində, anbarlarda, tikinti sahələrində və nəqliyyat vasitələrində törədilmiş ağırlaşdırıcı hallarla oğurluq faktları üzrə 87 ayrı cinayət qeydi olan, həmçinin 3 dəfə quldurluq və soyğunçuluq hadisələrində iştirak etmiş 56 şübhəli şəxs müəyyən edilib.

Əməliyyat qrupları həmin şübhəlilərə qarşı Ankara, İstanbul, Eskişehir, Kocaeli və Kırşehir vilayətlərində müəyyən edilmiş 37 ayrı yaşayış ünvanında və 35 nəqliyyat vasitəsində əməliyyat keçirib.

Əməliyyatların gedişində 37 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
1
olaylar.az

2Mənbələr