AZ

Bakıda MÜHÜM KONFRANS keçirilir

Bakıda "C6: Vahid region, ortaq gələcək - Strateji dialoqun gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə baş tutan konfransda C6-ya üzv ölkələrin aparıcı beyin mərkəzlərindən təmsilçilər iştirak edirlər.

Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına tamhüquqlu iştirakçı qismində qoşulması kontekstində ekspertlər bir çox mövzuda fikir mübadiləsi aparacaqlar. Konfransda "Dialoqdan dayanıqlı mexanizmlərə: C6 əməkdaşlığının gələcəyi", "Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf", "Qlobal qeyri-sabitlik şəraitində C6 regional təhlükəsizliyi" mövzularında müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
85
2
olaylar.az

2Mənbələr