ain.az bildirir, Azvision portalına istinadən.
Britaniya Ekologiya və Hidrologiya Mərkəzi tərəfindən aparılan təhqiqatın nəticələrinə əsasən, xəstəliyin artmasına səbəb qlobal istiləşmədir. İsti hava şəraitində asanlıqla yayılan Asiya pələng ağcaqanadı İspaniya və Yunanıstanda 6 aydan çox, Britaniyanın cənub-şərqində isə 2 ay ərzində sözügdən xəstəliyi daşıyır. Təhqiqat göstərir ki, virusun ağcaqanadın bədənində inkişafını tamamlaması üçün 13-14 dərəcə kifayətdir. Belə bir vəziyyətdə virus daha böyük ərazidə yayılmaq, daha uzun müddət aktiv qalmaq imkanı qazanır. Mütəxəssislərin sözlərinə görə, Avropada istiləşmə qlobal nisbətdən iki dəfə çoxdur: "Bu, xəstəliyin qitənin şimalına doğru yayılmasına münbit şərait yaradır". Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.