AZ

Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına mane olan əsas məsələ açıqlandı

BAKI, 18 fevral. TELEQRAF

“Rusiya-Ukrayna danışıqlarında ən çətin problem ərazi məsələsidir. Məhz bu məsələ müharibənin başa çatması yolunda əsas maneədir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker deyib.

Diplomatın sözlərinə görə, Vaşinqton hələlik Rusiyanın döyüş əməliyyatlarını dayandırmağa ciddi yanaşdığına əmin deyil. Bununla belə, ABŞ hesab edir ki, Ukrayna üçün məqbul olacaq və Moskva tərəfindən də dəstəklənə biləcək şərtlər formalaşdırılmalıdır.

Uitaker ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun bundan əvvəl dediyi sözləri xatırladaraq bildirib ki, hər şey bir problemə - ərazi məsələsinə gəlib çıxır:

“Bu, ən çətin və ən ağır problem olacaq. Ona görə də bu istiqamətdə işi davam etdirəcəyik”.

Diplomat əlavə edib ki, müharibə başa çatmalıdır, amma danışıqlar prosesi son dərəcə mürəkkəb və dolaşıqdır: “Hər iki tərəf müharibəni dayandırmaq barədə razılığa gəlməyin yolunu tapmalıdır”.

Seçilən
14
teleqraf.com

1Mənbələr