ABŞ-nin Nyu-York ştatına bağlı Boonville qəsəbəsində bir kilsədə qaz sızması nəticəsində partlayış baş verib, 5 nəfər ağır yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, “Fox News” kanalının məlumatına görə, kilsə rəhbərliyi yerli vaxtla saat 10:30-dan az əvvəl “aşkar qaz sızması” barədə məlumat verib.
Nyu-York polisi ilkin araşdırmaya əsasən bildirib ki, partlayış zamanı kilsənin zirzəmisində 4 nəfər olub və isitmə sisteminin işə düşməsi ilə partlayış baş verib.
Rəsmilər açıqlayıb ki, yaralananlar arasında bir yanğınsöndürən də olmaqla 5 nəfər xəstəxanaya çatdırılıb və onların həyatları təhlükə altındadır.
Ştat polisi kilsənin ağır və bərpası mümkün olmayan dərəcədə zərər gördüyünü, binanın demək olar ki, tamamilə yanaraq külə döndüyünü bildirib.