AZ

Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı üzrə hədəflər açıqlandı

Bakı. Trend:

2026-2029-cu ilə üzrə Azərbaycanda Rəqəmsal iqtisadiyyatıninkişafı üzrə Strategiyada 50-dən çox təşəbbüs nəzərdə tutulub. Busənəd 3 ana məqsəd üzrə 9 prioritet istiqaməti əhatə etməklə biznessahəsi üzrə 26, cəmiyyəti əhatə edən 15, dövləti əhatə edən 9təşəbbüsdən ibarətdir.

Trend xəbərverir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində DördüncüSənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçıdirektoru Fariz Cəfərov təmsil etdiyi qurumun 2025-ci ilinfəaliyyətinin yekunları ilə bağlı hesabat xarakterli mətbuatkonfransında deyib.

"Biznes üzrə Azərbaycanda rəqəmsal transformasiyanınsürətləndirilməsi və bu istiqamətdə dayanıqlı iqtisadiyyatıninkişafına dəstək olmaqdır. İqtisadiyyatın rəqəmsallaşması ilə buprosesdə əmək bazarının texnoloji tələblərə uyğunlaşdırılmasınaçalışırıq.

Növbəti bir neçə ildə 2026-2029-cu ilə üzrə AzərbaycandaRəqəmsal iqtisadiyyatın inkişafı üzrə Strategiya çərçivəsində 8əsas təşəbbüsümüz olacaq. Bunlardan biri Rəqəmsal İqtisadiyyatınİnkişafına Dəstək proqramıdır. Biz özəl təşkilatların, xüsusilə dəsənaye və istehsal subyektlərinin texnoloji və yaşıl inkişafınadəstək veririk. Bundan başqa, Yeni Nəsil Texnologiyalar Mərkəziyaradılacaq. Digər planlarımız yeni bizneslərin yaradılması vəgücləndirilməsi, Rəqəmsal Həllər və Xidmətlər Platformasınınyaradılması, Məşğulluq üçün kadrların təkmilləşdirilməsi proqamı,İqtisadi Məlumatların Analitikası Platforması, "Rəqəmsal Əkiz"Təşəbbüsü, Azərbaycan dili bazasında süni intellekt modelininhazırlanmasından ibarədir", - o bildirib.

Xəbər yenilənəcək

Seçilən
48
az.trend.az

1Mənbələr