AZ

2026–2027-ci tədris ili üçün qəbul prosesində hansı yeniliklər gözlənilir? Təhsil ekspertindən AÇIQLAMA

Qəbul prosesində artım dinamikası müşahidə olunur və 2026–2027-ci tədris ili üçün tələbə qəbulunun sayının 70–75 minə çatdırılması gözlənilir. Bu dəyişikliklər artıq abituriyentlər üçün müəyyən imkanlar yaradır. Əvvəlki illərlə müqayisədə həm tələbə qəbulunun sayı, həm də təqaüd alan tələbələrin sayı artıb. Hazırda təqaüd alanların göstəricisi təxminən 40–45 faizə çatıb ki, bu da ötən illərlə müqayisədə 10- 15 faiz artım deməkdir.

Bu fikirləri Təhsil eksperti Məzahir Məmmədli QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, qəbul imtahanlarının üç və ya daha çox zona üzrə keçirilməsi regionlardan gələn abituriyentlərin işini müəyyən qədər asanlaşdırır. Lakin bu bölgünün ümumi imtahan nəticələrinə ciddi təsiri yoxdur. Çünki vahid imtahan sistemi tətbiq olunur və suallar eyni formatda hazırlanır. Buna görə də imtahanın hansı regionda keçirilməsinin nəticələr baxımından fərqi yoxdur:

"Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarının nəticələri əsasında ali təhsil müəssisələrinə qəbulun həyata keçirilməsi daha məqsədəuyğun olardı. Bu məsələ ilə bağlı dəfələrlə təklif və təşəbbüslər irəli sürülüb. Lakin hazırda Azərbaycanda qəbul sistemi iki mərhələli şəkildə aparılır. Yəni buraxılış imtahanının nəticələri ilə ali məktəblərə qəbul imtahanının nəticələri birlikdə hesablanır və yekun bala uyğun olaraq ixtisas seçimi həyata keçirilir".

 

Pərvanə Fərhadqızı

Seçilən
78
qht.az

1Mənbələr