AZ

Dövlət Xidməti Siyəzəndə gənclər üçün tədbir keçirdi Fotolar

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Siyəzəndə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Siyəzən RİH-nin dəstəyi ilə “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda təşkil edilən görüşdə açılış nitqi ilə çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov və Siyəzən rayon bölməsinin rəisi polkovnik-leytenant Füzuli Əliyev gənclərə vətənpərvərlik hissi, qalib ölkənin əsgəri olmağın üstünlükləri, sağlam həyat, təhsil möhləti, qanunvericilik və digər mühüm məsələlər barədə ətraflı məlumat veriblər.

Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçısı və digər qonaqlar da çıxış edərək öz təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
10
qafqazinfo.az

10Mənbələr