AZ

İranda etirazçılara qarşı ən azı 23 min cinayət işi açılıb

Radio Farda məhkəmə rəsmisinə istinadən xəbər verir ki, İranda etirazçılarla bağlı ən azı 23 min cinayət işi açılıb. Həbslər ölkənin bütün əyalətlərini əhatə edib. Bildirilib ki, etirazlar zamanı 749 polis bölməsinə və 120 İran İnqilab Keşikçiləri Korpusu mərkəzinə hücum qeydə alınıb.

QHT.az xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən İranda İnsan Haqları Fəalları (HRAI) təşkilatının məlumatına görə, 15 fevrala qədər 53 552 nəfər həbs olunub, onlardan 144-ü tələbədir. 11 053 nəfər məhkəməyə çağırılıb.

Etirazlar 28 dekabr 2025-ci ildə başlayaraq bütün ölkəyə yayılıb. HRAI bildirir ki, indiyədək 7015 nəfərin öldüyü təsdiqlənib, 25 845 nəfər isə yaralanıb.

Eyni zamanda, The Wall Street Journal yazır ki, ABŞ İrana gizli şəkildə təxminən 6000 Starlink terminalı göndərib. Mənbələrə görə, Prezident Donald Trump göndərişlərdən xəbərdar olub, lakin planı birbaşa təsdiqləyib-təsdiqləmədiyi bilinmir.

 

R.İmanov

Seçilən
48
qht.az

1Mənbələr