AZ

Türkiyədə FETÖ və İŞİD-ə qarşı növbəti əməliyyat



Türkiyədə İŞİD və Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı növbəti dəfə əməliyyat keçirilib.

Newscenter.az Türkiyənin Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, bu dəfə terror təşkilatlarına qarşı əməliyyat paytaxt Ankarada reallaşıb.

Ankara Baş Prokurorluğu, Terror Cinayətlərinin İstintaq Bürosu tərəfindən aparılan əməliyyat zamanı İŞİD terror təşkilatı ilə əlaqədə olmaqda və münaqişə zonaları ilə əlaqə saxlamaqda şübhəli bilinən 4 İraq vətəndaşı saxlanılıb.

Bundan əlavə, FETÖ-yə üzvlükləri ilə bağlı barələrində həbs qərarı verilmiş 6 qaçaq məhkum da tutulub.

Anar
Seçilən
12
1
newscenter.az

2Mənbələr