AZ

Nüvə sazişi üzrə ABŞ-İran danışıqlarında şok irəliləyiş - Əraqçi optimist danışdı



İran və ABŞ mümkün nüvə sazişinin mətni üzərində işləyəcək və sonra danışıqların növbəti mərhələsinin tarixini müəyyən edəcəklər.

RİA Novosti-nin verdiyi məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi bunu Cenevrədə ABŞ ilə danışıqlardan sonra İran televiziyasına bildirib.

"Vaxt hələ müəyyən edilməyib. Biz razılaşdıq ki, tərəflər mümkün sazişin mətnləri üzərində işləsinlər, sonra bu mətnləri mübadilə edəcəyik vədanışıqların üçüncü mərhələsinin tarixini müəyyən edəcəyik", - deyə o, Cenevrədə İran-ABŞ danışıqlarının ardından İran televiziyasına bildirib.

Çox güman, İran rəsmisi üçüncü mərhələdə nüvə razılaşmasının imzalanacağına işarə edir. Belə görünür, Vaşinqton-Tehran münasibətlərində diplomatiya hərb hazırlıqlarını arxa plana keçirməyi bacardı.

SAMİRƏ

Seçilən
59
baki-xeber.com

1Mənbələr