AZ

ABŞ uranın zənginləşdirilməsini bərpa edəcək


ABŞ Fransa şirkətlərinin də iştirakı ilə uranın zənginləşdirilməsini bərpa edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-nin Energetika naziri Kristofer Rayt Parisdəki Fransa Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda bildirib.
“Biz ABŞ-də uranın zənginləşdirməsini bərpa edəcəyik - qismən Amerika şirkətlərinin, qismən də Fransa şirkətlərinin iştirakı ilə”, - deyə o bildirib.
Qeyd edək ki, yüksək dərəcədə zənginləşdirilmiş uran istehsalını bərpa etmək planları Co Baydenin rəhbərlik etdiyi əvvəlki ABŞ administrasiyası tərəfindən 2024-cü ilin fevral ayında elan edilmişdi.
ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) o vaxtkı direktoru Cill Hrubi mülki nüvə reaktorları və gələcək hərbi ehtiyaclar üçün uranın zənginləşdirilməsi üzrə əlaqələndirilmiş strategiyanın hazırlandığını bildirmişdi.
Seçilən
77
4
yeniavaz.com

5Mənbələr