AZ

Baku TV 8 yaşını qeyd edir

Azərbaycan televiziya məkanında özünəməxsus yeri olan Baku TV səkkiz yaşını qeyd edir.


2018-ci il fevralın 18-də fəaliyyətə başlayan Baku TV-ni hazırda bütün yerli televiziya provayderlərində, eləcə də "Azerspace" peyki vasitəsilə Avropa və Asiyada izləmək mümkündür.

Baku TV rəngarəng, zəngin və maraqlı məlumatlar çatdırmaqla tamaşaçı sevgisi və etimadını qazanıb. Bu gün kanal canlı yayımlar, xəbər süjetləri, müsahibələr, araşdırmalar, eləcə də analitik təhlillər və müəllif proqramları ilə ölkənin ən çox izlənilən kanalları siyahısındadır.

Kanal ölkədə və dünyada baş verən önəmli, aktual və maraqlı xəbərləri cəmiyyətə çatdırır. Televiziya kanalının Azərbaycanın bütün regionları ilə yanaşı, ABŞ, Rusiya, Türkiyə, Gürcüstan və Ukraynada xüsusi müxbir məntəqələri fəaliyyət göstərir.

Qlobal miqyasda etibarlı və nüfuzlu xəbər platformasına çevrilməyi hədəfləyən Baku TV müasir dövrün çağırışlarına cavab verməklə, yeni texnologiyalardan və innovativ yanaşmalardan istifadə etməklə öz inkişaf yolunu davam etdirir. Kanal bundan sonra da tamaşaçılarını operativ və obyektiv məlumatlarla təmin etmək və maarifləndirmək missiyasını ardıcıl şəkildə yerinə yetirəcək.

Manset.az Baku TV-dəki həmkarlarını təbrik edir, fəaliyyətlərində uğurlar arzulayır.

Seçilən
25
manset.az

1Mənbələr