AZ

İran uranı Rusiyaya verməyə hazırdır VSJ

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

İran nümayəndə heyəti ABŞ-la danışıqlarda uran zənginləşdirməsini dayandırmağa, ehtiyatlarının bir hissəsini Rusiya və ya başqa bir ölkəyə köçürməyə və Amerika tərəfi ilə işgüzar münasibətlər qurmağa hazır olduğunu bildirib.

Axar.az xəbər verir ki, bu barədə "Vol Strit Jurnal" (WSJ) qəzeti İran və Amerika diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Tehran uranın zənginləşdirilməsini üç ilə qədər dayandırmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, Cenevrədə İran və Amerika nümayəndə heyətləri arasında görüş baş tutub.

İran nümayəndələri həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə də müzakirə aparıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
axar.az

1Mənbələr