Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.
Pilotsuz təyyarə Birləşmiş Ərəb Əmirliklərindəki Əl-Dəfra hava bazasından buraxılıb
ABŞ-ın “MQ-4C Triton” uzun mənzilli elektron kəşfiyyat pilotsuz təyyarəsi (PUA) çərşənbə axşamı günü İran sahillərinin cənub-şərqində çoxsaatlıq uçuş həyata keçirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Flightradar24” aviasiya resursunun məlumatlarında qeyd edilib.
Pilotsuz təyyarə Birləşmiş Ərəb Əmirliklərindəki Əl-Dəfra hava bazasından buraxılıb. O İran yaxınlığındakı Oman körfəzindəki beynəlxalq sular üzərində bir neçə saat dövrə vurub.
Uçuş İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələrinin Hörmüz boğazında potensial hərbi ssenariləri məşq etdiyi təlimlər zamanı baş tutub.
“Fars” xəbər agentliyinin məlumatına görə, sualtı qayıqlar yerüstü hədəfləri məhv etməyi, dənizdən və qurudan kruiz raketləri atmağı və elektron müharibə mühitində işləyə bilən yeni növ raketlərdən istifadə etməyi məşq edir.
“MQ-4C Triton” uzun mənzilli, yüksək hündürlükdə kəşfiyyat PUA-sı geniş okean və sahil əraziləri üzərində real vaxt rejimində kəşfiyyat məlumatı verməyə qadirdir. PUA 30 saatdan çox havada qala, 17000 metrə qədər yüksəkliklərdə və 610 km/saat sürətlə uça bilir.
Hazırda BƏƏ-dəki Əl-Dəfra hava bazasında Amerika istehsalı olan üç “MQ-4C Triton” PUA var.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.