AZ

“Cəsarətli oyun göstərməyə çalışacağıq”

ain.az, Bizimyol saytına istinadən bildirir.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanov və hücumçumuz Kamilo Duranın mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.

“Çox böyük təcrübə əldə edə biləcəyimiz oyundur. Çempionlar Liqasının pley-off mərhələsində oynamaq Azərbaycan futbol tarixində ilkdir. Xüsusən də, “Nyukasl” kimi köklü klubla oynayacağıq. Dünyanın bir nömrəli çempionatından gələn komandadır. Oyuna hazırlaşmağa vaxtımız az oldu. Amma ümumilikdə futbolçularımız çox məsuliyyətli davranırlar, həyəcanlıdırlar. Onlar bu matçı səbirsizliklə gözləyirlər. Hər biri özünün ən yaxşı oyunlarından birini keçirməyi düşünür. Doğma meydanımızda, azarkeşlərimizin önündə yaxşı mübarizə aparmağa, ağıllı və cəsarətli oyun göstərməyə çalışacağıq. Oyunçularımızın özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlarına inanıram”, - deyə Qurbanov qeyd edib.

Kamilo Duran da azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklərini bildirib: “Bizi tarixi və çətin oyun gözlədiyinin fərqindəyik. Doğma azarkeşlərimizin qarşısında çıxış edəcəyik. Çox güclü rəqiblə qarşılaşacağıq. Azarkeşlərimizi sevindirmək və uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”, - deyə bildirib.

Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
bizimyol.info

1Mənbələr