AZ

Qış aylarında dəriyə necə qulluq etmək lazımdır? -Dermatoloq AÇIQLADI

Dermatoloq Emma Craythorne qış aylarında dərinin qoruyucu baryerinin daha həssas hala gəldiyini bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə "The Guardian" nəşrinə danışıb.

Həkimin sözlərinə görə, əsas təhlükə həm şaxtalı hava səbəbindən küçədə, həm də istilik sistemləri səbəbindən qapalı məkanlarda yaranan quru havadır. Belə şəraitdə dəri bərpa edə biləcəyindən daha sürətli şəkildə nəm itirir. Bu isə qoruyucu baryerin pozulmasına, quruluğa, qıcıqlanmaya, iltihaba və qızartıya səbəb olur. Xüsusilə həssas dərisi və ya xroniki dermatoloji xəstəlikləri olan insanlar daha çox risk altındadır.

Ekspert qeyd edib ki, bu problemlərin qarşısını almaq üçün otaqlarda hava nəmləndiricilərindən istifadə etmək və müntəzəm şəkildə nəmləndirici kremlər çəkmək tövsiyə olunur. Dəri baryerini möhkəmləndirmək üçün tərkibində keramidləri və qliserini olan vasitələrə üstünlük verilməlidir.

Aytəkin TOFİQQIZI

Seçilən
102
1
redaktor.az

2Mənbələr