AZ

“5 yaşım olanda Cəbrayılda məni sel apardı”

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əməkdar artist İlkin Əhmədov uşaqlıq illərində ölümdən döndüyünü bildirib.Bizim.Media xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı" verilişində danışıb. Xanəndə 5 yaşında selə düşdüyünü deyib:"Məni 5 yaşımda Cəbrayılda olarkən sel aparıb. Ölümün pəncəsindən qurtulmuşam. Möcüzə nəticəsində sağ qaldım. Kəndimizdəki çayın üzərindən taxtadan körpü düzəltmişdilər.

 

Yanımda da nadinc bir uşaq var idi. Körpünü yellətdi və suya yıxıldım. Məni sel apardı, kəndin bitən hissəsində məni xilas etdilər. Zədələnmişdim, ciyərlərimə su yığılmışdı.

Sonra məni xəstəxanaya apardılar. Xəstəxanadan evə qayıdanda anam xəbər tutdu. Sel aparan anda xəbər tutsaydı, bəlkə ürəyi dayanardı". (Axşam.az)Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
4
bizim.media

5Mənbələr