AZ

Vens İranla müzakirələrdə ABŞ nin “qırmızı xətt”ləri barədə danışıb

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

ABŞ İranla danışıqlarda bir sıra "qırmızı xətt"lər müəyyən edib.

"Report"un məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalında çıxışı zamanı bildirib.

"ABŞ-nin müəyyən "qırmızı xətt"ləri var. Buradakı əsas marağımız İranın nüvə silahı əldə etməsinə imkan verməməkdir", – o qeyd edib.

Vitse-prezidentin sözlərinə görə, ABŞ Cenevrə danışıqlarından sonra da İranla bağlı istənilən addımı atmaq imkanını saxlayır.

Bundan əvvəl "Axios" portalı məlumat yaymışdı ki, Pentaqon son 24 saat ərzində Yaxın Şərqə 50-dən çox "F-35", "F-22" və "F-16" qırıcılarını göndərib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
1
azpolitika.info

2Mənbələr