AZ

UEFA Çempionlar Liqası: "Qarabağ" "Nyukasl"a qarşı

Bu gün "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində (şərti olaraq 1/16 final) ilk oyununa çıxacaq.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Oyunu norveçli referi Espen Eskos idarə edəcək.

Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar

21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)

Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad

VAR: Rob Diyperink

AVAR: Dennis Hiqler

Tofiq Bəhramov adına Respublika Stadionu

Xatırladaq ki, cavab qarşılaşması fevralın 24-də İngiltərədə keçiriləcək.

Seçilən
53
4
far.az

10Mənbələr