AZ

ABŞ-də qar uçqunu baş verdi

Bakı. Trend:

ABŞ-nin Kaliforniya ştatında Taho gölü yaxınlığında baş verənqar uçqunu nəticəsində 10 xizəkçi itkin düşüb, daha 6 nəfər isə qarkütləsinin altında qalıb.

Trend xəbər verirki, bu barədə "NBC" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə məşhur xizək mərkəzinin yerləşdiyi Tahogölünün şimal-qərbində, Kasl Pik bölgəsində, Traki şəhəriyaxınlığında qeydə alınıb. Qar uçqunundan sonra 10 xizəkçinin itkindüşdüyü, daha 6 nəfərin isə xilas edilməsini gözləyərkən ilişibqaldığı bildirilib.

Şerif Departamentinin kapitanı Rassel Qrinin sözlərinə görə,fevralın 17-si axşam saatlarında təxminən 46 xilasedici hadisəyerinə göndərilib. Lakin son məlumata əsasən, xilasedicilər hələuçqunun baş verdiyi əraziyə çatmayıblar.

Seçilən
95
az.trend.az

1Mənbələr