AZ

Rus ordusu bu tarixə kimi 10 dan çox kəndi işğal etməlidir Əmr

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Rusiya komandanlığı öz bölmələrinə 24 fevrala kimi (Genişmiqyaslı işğalın ildönümü – red) ondan çox Ukrayna yaşayış məntəqəsinin ələ keçirilməsi barədə əmr verib.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloşin məlumat verib.

O bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına əsasən, Rusiya bölmələrinə bir sıra yaşayış məntəqələrinə daxil olmaq, orada Rusiya bayraqlarını qaldırmaq, bunu video və ya foto ilə qeydə almaq, daha sonra isə ərazini tərk etmək əmri verilib:

“Siyahıya, xüsusilə, Novoselovka, Alekseyevka, Aleksandroqrad, Novoaleksandrovka, Voskresenka, Orestopol, Ternovoye, Zelyonıy Qay, Andreyevka, Klevtsovo, Otradnoye, Bratskoye yaşayış məntəqələri daxildir. Söhbət Donetsk, Dnepropetrovsk və Zaporojye vilayətlərinin qovşağında yerləşən ərazilərdən gedir”.

Voloşin vurğulayıb ki, bu cür hərəkətlərin məqsədi ərazidə möhkəmlənmək deyil, informasiya effekti yaratmaqdır. Rusiya işğalçıları guya əraziyə nəzarət etdiklərini nümayiş etdirməli, bununla da müharibənin başa çatdırılması ilə bağlı mümkün danışıqlarda Moskvanın mövqeyini gücləndirməlidirlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
axar.az

1Mənbələr