AZ

Zelenski: ABŞ Kiyevin Avropada Patriot raketlərinin istehsalına icazə verməyib

Oxumeni.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Zelenski: ABŞ Kiyevin Avropada Patriot raketlərinin istehsalına icazə verməyib

ABŞ Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri üçün raket istehsalına icazə verməyib. Bu barədə Volodimir Zelenski bildirib.

"Ukrayna illər əvvəl Amerika ilə Avropada, xüsusən də Patriot üçün kifayət qədər raket istehsalının qurulmasının vacibliyini müzakirə etmişdi. Lisenziyalar vədləri var idi, amma Amerika sonda buna razı olmadı", - deyə o bildirib.

Zelenski əlavə edib ki, Ukrayna guya öz ərazisində, eləcə də Rumıniya, Polşa və regiondakı digər NATO tərəfdaşları ilə birgə istehsala başlamağı təklif edib. Rusiya xüsusi hərbi əməliyyata başlayandan bəri Kiyevin Qərb müttəfiqləri Ukraynaya silah təchizatını əhəmiyyətli dərəcədə artırıb və yeni yardım paketləri təqdim edir. Bu arada, Kiyev davamlı olaraq hərbi təchizatın artırılmasında israr edir.

Əziz MUSTAFA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
1
oxumeni.az

2Mənbələr