AZ

ABŞ Azərbaycanın regional rəqəmsal qovşaq roluna dəstək olmağa hazırdır - Dövlət Departamenti (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

ABŞ Azərbaycanın regional rəqəmsal qovşaq kimi rolunundəstəklənməsi imkanlarının araşdırılmasında maraqlıdır.

Bunu Trend-əverdiyi özəl müsahibədə ABŞ Dövlət katibinin iqtisadi, enerji vəişgüzar məsələlərlə bağlı köməkçisi Kaleb Orr bildirib.

“Hazırda Azərbaycanda 200-dən çox Amerika şirkəti fəaliyyətgöstərir və biz ikitərəfli ticarətin, eləcə də iqtisadi əlaqələrinartmasını görmək istərdik. İqtisadi əməkdaşlığın dərinləşdirilməsiüçün konkret istiqamətlərə energetikaya investisiyalar, regionaləlaqəlilik infrastrukturunun inkişafı, müdafiə məhsullarının satışıda daxil olmaqla ticarət, eləcə də süni intellekt sahəsindətərəfdaşlıq və rəqəmsal infrastrukturun inkişafı daxildir”, – deyəo qeyd edib.

Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutunun (TRIPP)əhəmiyyətindən danışan K.Orr bildirib ki, bu təşəbbüs Transxəzərticarət marşrutunda mühüm bir həlqə yaradacaq.

“TRIPP Ermənistan ərazisində maneəsiz, multimodal nəqliyyatbağlantısını təmin edəcək. TRIPP-in Azərbaycanın əsas hissəsiniNaxçıvan Muxtar Respublikasına birləşdirərək, həmçinin Transxəzərticarət marşrutunda əsas həlqə yaradaraq Ermənistan Respublikasınınbeynəlxalq və daxili bağlantısı üçün qarşılıqlı faydalar gətirəcəyigözlənilir. TRIPP-in əsas məqsədi Azərbaycan və Ermənistanınrifahını, həmçinin təhlükəsizliyini möhkəmləndirmək, habeləregional ticarət və nəqliyyat bağlantısının genişləndirilməsihesabına ABŞ ticarətinin inkişafına töhfə verməkdir. Bu təşəbbüsMərkəzi Asiya və Qafqazı Avropa ilə birləşdirən yeni tranzitimkanları yaradacaq”, – deyə o bildirib.

K.Orr əlavə edib ki, Orta Dəhliz Avrasiya boyunca ticarətitransformasiya edə bilər.

“Transxəzər ticarət marşrutu (TCTR) və ya Orta Dəhliz – MərkəziAsiyanın çöllərindən, Xəzər dənizindən və Qafqazdan keçərək regionuABŞ və Avropa bazarları ilə birləşdirən ticarət-nəqliyyat yoludur.Kritik infrastrukturun inkişafına investisiyalar və gömrükprosedurlarının təkmilləşdirilməsi ilə tam funksional TCTR Avrasiyadaxilində və regionları arasında ticarəti dəyişdirə bilər. 2025-ciilin noyabrında C5+1-in onuncu ildönümü münasibətilə keçirilənsammit zamanı Mərkəzi Asiyanın beş ölkəsi və ABŞ Transxəzər ticarətmarşrutunun potensialının inkişafını təhlükəsiz yük, informasiya vəenerji daşımalarının təmin edilməsi yolu ilə əlaqəliliyin vətəchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi üçünprioritet istiqamət kimi müəyyən ediblər”, – deyə o izah edib.

Orr hesab edir ki, tranzit və logistika, zəruri minerallar,aqrobiznes və rəqəmsal infrastruktura investisiyalar Amerikainvestisiyaları üçün imkanlar yaradacaq, eyni zamanda TCTRvasitəsilə daşınan malların və zəruri resursların həcminiartıracaq.

Enerji əməkdaşlığına gəldikdə, K.Orr bildirib ki, Amerikaşirkətləri Azərbaycanın dəstəklənməsi məqsədilə neft-qaz sektorundaöz rollarını genişləndirmək imkanlarını araşdırmağa davamedirlər.

“Biz anlayırıq ki, Azərbaycanın neft-qaz sektoru artıq işlənmişXəzər yataqlarında hasilatın maksimuma çatdırılmasına, eləcə dədaxili istehlak və ixrac üçün quruda və şelfdə yeni neft və qazmənbələrinin axtarışı və işlənməsinə yönəlib. Bu imkanlara 2025-ciildə "ExxonMobil" ilə SOCAR arasında qeyri-ənənəvi qurudakıneft-qaz ehtiyatlarının tədqiqi, işlənməsi və hasilatı üzrəimzalanmış Anlaşma Memorandumu daxildir. Həmçinin ixrac neft və qazkəmərlərinin ötürücülük qabiliyyətinin artırılması variantlarınəzərdən keçirilir. Amerika şirkətləri bu layihələrdə Azərbaycanındəstəklənməsi məqsədilə artıq əhəmiyyətli olan neft-qazfəaliyyətlərində öz rollarını genişləndirmək imkanlarınıaraşdırmaqda davam edirlər”, – deyə o əlavə edib.

K.Orr digər əməkdaşlıq sahələrinə də toxunaraq bildirib ki,Amerika şirkətləri elektrik enerjisi istehsalı və paylayıcı şəbəkətexnologiyaları sahəsində dünya liderləridir və bu, Azərbaycanıniqtisadi gələcəyi üçün mühüm istiqamətdir.

“Bundan əlavə, biz Amerika texnologiya şirkətləri ilə Azərbaycanarasında əlaqələrin qurulmasında və Azərbaycanın regionun rəqəmsalqovşağı kimi rolunun dəstəklənməsi imkanlarının araşdırılmasındamaraqlıyıq. Azərbaycan həmçinin Transxəzər ticarət marşrutunda(Orta Dəhliz) mühüm rol oynayır. Ağıllı liman texnologiyalarına,müasir dəmir yolu infrastrukturuna və inteqrasiya olunmuş logistikaqovşaqlarına Amerika investisiyaları Asiya ilə Avropa arasında dahasürətli və etibarlı ticarət axınlarını təmin edərək bağlantınıgücləndirəcək”, – deyə o bildirib.

K.Orr həmçinin Amerika–Azərbaycan Ticarət Palatasının (USACC)işgüzar əlaqələrin, ticarət missiyalarının və şəbəkələşməplatformalarının təşviqində mühüm rolunu vurğulayıb. Bildirib ki,bu platformalar Amerika və Azərbaycan şirkətlərinə qarşılıqlıfəaliyyət göstərməyə və kommersiya imkanlarını reallaşdırmağaşərait yaradır:

“Bu tədbirlər Amerika şirkətləri üçün etimadın qurulmasına vəkommersiya perspektivlərinin formalaşmasına kömək edir – bu isəuğurun böyük ölçüdə münasibətlərdən və yerli biliklərdən asılıolduğu inkişaf etməkdə olan bazarlarda həyati əhəmiyyət daşıyanfunksiyadır”.

Bundan əlavə, Orrun sözlərinə görə, USACC regional biznesəməkdaşlığının inkişafına töhfə verir ki, bu da Azərbaycanın CənubiQafqazda geostrateji qovşaq kimi rolu nəzərə alınmaqla xüsusi önəmdaşıyır.

“Onun enerji tranzit dəhlizlərində və regional bağlantıtəşəbbüslərində tutduğu mövqe Amerika şirkətləri üçün əhəmiyyətlitranssərhəd imkanlar açır. Məsələn, 2025-ci ilin sentyabr ayındaUSACC multimodal daşımalar, logistika və kritik infrastruktursahələrində kommersiya imkanlarını araşdırmaq məqsədilə Amerikabiznes nümayəndə heyətini Azərbaycana gətirib. Bu il USACC öz 30illik yubileyini qeyd edir və bununla birlikdə ABŞ ilə Azərbaycanarasında ticarətə, investisiyalara və mədəni əlaqələrə dəstəyin 30illiyini qeyd edir. Əminəm ki, tərəfdaşlığımız inkişafa davamedəcək və yaxın aylar və illərdə əməkdaşlığımızın daha dadərinləşməsini səbirsizliklə gözləyirəm”, – deyə o fikriniyekunlaşdırıb.

Məqalədə:
Seçilən
69
az.trend.az

1Mənbələr