AZ

Artıq çəkinin daha bir ağır xəstəliklə əlaqəsi üzə çıxdı

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Alimlər artıq çəkini damar mənşəli demensiyanın inkişafı üçün birbaşa risk amili adlandırıblar. Bristol Universiteti tərəfindən aparılan araşdırma göstərib ki, ömürboyu genetik olaraq artıq çəkiyə meyllilik yaşlı dövrdə damar demensiyası riskini əhəmiyyətli dərəcədə artıra bilər. Tədqiqatın nəticələri The Journal of Clinical Endocrinology & Metabolism jurnalında dərc olunub.Demokrat.az xəbər verir ki, alimlər geniş populyasiya məlumatlarını təhlil edərək mendel randomizasiyası metodundan istifadə ediblər. Bu genetik yanaşma irsi faktorların xəstəlik riskinə təsirini daha dəqiq qiymətləndirməyə imkan verir və çəkinin xəstəlik başladıqdan sonra azalması kimi amillərin nəticələri təhrif etməsinin qarşısını alır.Təhlil göstərib ki, bədən kütlə indeksinin (BKİ) yüksək olmasına genetik meyllilik damar mənşəli demensiya ehtimalını artırır. BKİ-nin təxminən 4–5 vahid artması ( sərhəd göstəricidən açıq şəkildə artıq çəki səviyyəsinə keçid ) damar demensiyası riskinin təxminən 60 faiz yüksəlməsi ilə əlaqələndirilib.Araşdırmaya görə, bu əlaqənin əsas mexanizmi arterial təzyiqdir. Artıq piy toxuması qan təzyiqinin yüksəlməsinə səbəb olur, xroniki hipertenziya isə zamanla damar divarlarını, o cümlədən beynin xırda damarlarını zədələyir. Nəticədə beynin qanla təchizatı pisləşir, oksigen çatışmazlığı yaranır və koqnitiv funksiyalar tədricən zəifləyir.Ən güclü əlaqə məhz damar pozuntuları ilə bağlı demensiya formalarında müşahidə olunub. Maraqlıdır ki, təsir xolesterin və qlükoza səviyyəsi nəzərə alındıqdan sonra da qalmaqdadır. Tədqiqat müəllifləri qeyd edirlər ki, iştirakçıların əksəriyyəti Avropa əsilli olub. Buna görə də nəticələrin digər populyasiyalarda da təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac var. Bununla belə, alimlər vurğulayırlar ki, bədən çəkisinə və arterial təzyiqə nəzarət yalnız insult və ürək-damar xəstəliklərinin deyil, gələcəkdə koqnitiv pozuntuların da riskini azalda bilər.Kənan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
demokrat.az

1Mənbələr