AZ

Bakı metrosu ilə bağlı yenilik gözlənilir: interval və vaqonlar...

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Fevralın 16-dan etibarən tələbələrin tədrisə qayıtması ilə metroda sərnişin sıxlığı artıb. Hətta sərnişinlər arasında səhhəti pisləşənlər və insident yaşayanlar da var.

Bəs bu vəziyyətlə bağlı hansı tədbirlər görülə bilər? Bakı metrosunda sıxlığı tənzimləmək üçün nə kimi addımlar atıla bilər?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, metroda belə bir vəziyyətin yaranması başa düşüləndir.

Onun sözlərinə görə, hazırda metro sərnişin yükünü artıracaq gücdə deyil:

“Daxili imkanlar hesabına intervalı azaldıblar və müəyyən addımlar atıblar. Bu, yeni rəhbərliyin həyata keçirdiyi siyasətin nəticəsidir. Əvvəlki dövrlərdə vəziyyət daha dözülməz idi. Bu problemləri həll etmək çətindir, çünki kökündə maliyyə məsələləri dayanır. Yeni stansiyalar və yeni vaqonlar lazımdır, lakin stansiya tikintisi qısa müddətdə mümkün deyil. Hazırda “Bənövşəyi” və “Yaşıl xət”lər üzrə tikintilər, həmçinin depoların inşası sürətlə davam edir”.

Elməddin Muradlı

Ekspert əlavə edib ki, görüləsi işlər hələ çoxdur:

“Yeni stansiyalar açılmalı, əlavə qatar və vaqonlar alınmalıdır ki, daşımalar daha intensiv və geniş ərazini əhatə etsin. Hazırda 28 stansiya mövcuddur və bu say sərnişin sıxlığının yaranmasının səbəbidir. Yeni stansiyalar və qatarlar tamamlanana qədər problem davam edəcək”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
globalinfo.az

1Mənbələr