Keçmiş SSRİ millisinin qapıçısı və Latviya millisinin qapıçı məşqçisi Artur İrbe Sovet millisi ilə qazandığı Dünya Çempionatının qızıl medallarını geri qaytarmağa hazır olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, onun sözlərini ” İltalehti” qəzeti sitat gətirib.
“Bu medalları saxlamağa ehtiyacım yoxdur. Harada olduqlarını xatırlasam, onları təhvil verərəm. Onları qürurla saxlamıram”, – deyə o bildirib.
2025-ci ilin may ayında Artur İrbe, Rusiya komandasının yarışa buraxılacağı təqdirdə, 2026-cı il Olimpiya Oyunlarını boykot edəcəyinə söz vermişdi . O bildirmişdi ki, öz fikirlərini Latviya komandasının digər üzvlərinə qəbul etdirməyi planlaşdırmır.