AZ

Tramp Çin lideri ilə Tayvana silah tədarükünü müzakirə edib

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə telefon danışığı zamanı Tayvana Amerika silahlarının tədarükü məsələsini müzakirə etdiyini bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında özü məlumat verib.

 

ABŞ Prezidenti qeyd edib ki, bu məsələ ilə bağlı yaxın vaxtlarda qərar qəbul etməyi planlaşdırır: “Məndə cavab var. Mən onunla bu barədə danışıram. Yaxşı söhbətimiz oldu və biz kifayət qədər tez qərar verəcəyik”.

Seçilən
24
6
senzor.az

7Mənbələr