AZ

İsveçdə həyat yoldaşını yüzlərlə kişiyə təklif edən şəxs həbs edildi

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

İsveç prokurorluğu həyat yoldaşını cinsi istismara məruz qoyan və onu başqa kişilərə təklif edən şəxs barəsində genişmiqyaslı araşdırma aparır.

Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

İstintaq materiallarına əsasən, şübhəli şəxs xanımını ən azı 120 nəfərə "satmağa" nail olub. Hazırda həm zərərçəkənin, həm də təqsirləndirilən şəxsin kimliyi məxfi saxlanılır.

İş üzrə prokuror İda Annerstedtin açıqlamasına görə, şübhəli şəxs ötən ilin oktyabr ayında həyat yoldaşının polisə müraciətindən dərhal sonra saxlanılıb. Prokuror qeyd edib ki, hazırda daha iki nəfərə qarşı rəsmi ittiham irəli sürülüb, lakin təqsirləndirilənlərin siyahısının genişlənəcəyi istisna edilmir.

İsveç qanunvericiliyinə əsasən, cinayət məsuliyyəti cinsi xidmətlərin alıcılarına və ya vasitəçilərinə şamil olunur, istismar qurbanı sayılan şəxslər isə cəzadan azaddır. Həmçinin, fiziki təmas olmadan internet üzərindən cinsi xidmətlərin əldə edilməsi də cinayət əməli hesab edilir.

Bu qalmaqallı istintaq barədə məlumatlar illərlə öz əri və onun dəvət etdiyi onlarla kişi tərəfindən zorakılığa məruz qalan fransız Jizel Pelikonun memuarlarının dərci ərəfəsində üzə çıxıb. Xatırladaq ki, "Mazan canavarı" ləqəbli Domenik Peliko bu dəhşətli əməllərinə görə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
71
1
oxu.az

2Mənbələr