AZ

Zelenski: Ukraynalılar Donbasdan qoşunların çıxarılmasını bağışlamayacaq

BAKI, 18 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalıların Silahlı Qüvvələrin Donbasdan çıxarılmasını bağışlamayacağını iddia edib.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Zelenski müsahibəsində bildirib ki, emosional baxımdan insanlar bunu heç vaxt bağışlamayacaqlar.

Onun sözlərinə görə, ukraynalılar nə özünü, nə də ABŞ-ni bu məsələyə görə bağışlamayacaqlar.

Xatırladaq ki, daha əvvəl Zelenskinin ABŞ Prezidenti Donald Trampın Ukrayna deyil, Rusiya ilə bağlı güzəştlərə çağırışı səbəbindən narazı qaldığı barədə məlumatlar yayılmışdı.

Seçilən
29
teleqraf.com

1Mənbələr