AZ

Olimpiada 2026: Hokkey turnirində dörddəbir final cütlükləri məlum olub

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hazırda Milanda davam edən Olimpiya kişilər arasında hokkey turnirinin 1/8 final oyunları başa çatıb.

İdman.Biz bildirir ki, nəticələr dörddəbir finalın bütün iştirakçılarını müəyyən edib.

Dörddəbir finala aşağıdakı komandalar vəsiqə qazanıb: Kanada, Çexiya, ABŞ, İsveç, Slovakiya, Almaniya, Finlandiya və İsveçrə.

Dörddəbir final cütlükləri belədir:

Kanada - Çexiya;

ABŞ - İsveç;

Slovakiya - Almaniya;

Finlandiya - İsveçrə.

Bu mərhələdəki bütün oyunlar 18 fevralda keçiriləcək.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
1
icma.az

2Mənbələr