AZ

"Fasilədə oyunçularımıza dedim ki..." - Okan Buruk

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Yuventus"u İstanbulda 5:2 hesabı ilə məğlub edən "Qalatasaray"ın baş məşqçisi Okan Buruk qələbəni dəyərləndirib.

Fanat.Az xəbər verir ki, "Hürriyet" belə çatdırıb:

"Fasilədə futbolçuları ortaya qoyduqları futbola görə təbrik etdim. Biz daha çox dominantlıq edirdik, amma buraxdığımız iki qolla bağlı bəxtimiz gətirmədi. Fasiləyə qədər də oyuna nəzarət bizdə idi, futbolçularımız çalışırdılar. Əla mübarizə aparırdıq. Oyunçularımıza dedim ki, belə oynamağa davam etsək, qələbə qazanacağıq.

İkinci qolu tez vurmağımız vəziyyəti dəyişdi. Bərabərliyin təmin olunması bizə özünəinam verdi və üçüncü dəfə fərqləndik. Ardından rəqib azlıqda qaldı. Matçın sonuna qədər böyük həvəslə oynadıq. Hesab arasındakı fərqi artırmaq üçün cəhdlərimizi sonadək davam etdirdik. Ən çox ustədiyim bu idi".

Kamil Xudiyev

Seçilən
52
1
fanat.az

2Mənbələr