AZ

Vens: Avropa öz maraqlarını sabotaj etməklə özünə zərər verir

BAKI, 18 fevral. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Avropanın öz maraqlarını sabotaj etməklə faktiki olaraq özünə zərər verdiyini bildirib.

Teleqraf xəbər verir ki, Cey Di Vens "Fox News" telekanalına müsahibəsində deyib ki, ABŞ-nin Avropa ilə münasibətlərində əsas problem Avropanı sevməmək və ya müttəfiqlərə hörmətsizlik deyil. Onun sözlərinə görə, problem ondadır ki, Avropa bir çox hallarda özünə zərər verən addımlar atır və öz maraqlarını sarsıdır.

Vens vurğulayıb ki, Vaşinqton ABŞ və Avropanın “sözün əsl mənasında müttəfiq” olmasını istəyir.

Seçilən
30
teleqraf.com

1Mənbələr